"Gördüyü iş adamın xoşuna gəlir" - Məmmədov - AÇIQLAMA

12:39 27 Yanvar 2017

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin birinciliyində 3-cü dövrənin ilk oyununda “Kəpəz” səfərdə “İnter”in qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, mövsümün ikinci yarısına Gəncədə hazırlaşan əvəzedicilər dünən oyun öncəsi son məşqini keçirib. Həftəboyu paytaxt klubu ilə matça köklənən gənclər təxminən 1 saat sürən hazırlıq prosesində toplu çalışmalara üstünlük veriblər. Məşqdən sonra komandanın baş məşqçisi Azər Məmmədov klubun saytına çempionatın ikinci yarısının startı ilə bağlı fikirlərini bölüşüb:

 

“Hazırlığımız istədiyimiz qaydada keçib. Təlim-məşq toplanışı dövründə yoxlama görüşlərinə də çıxdıq. Əvəzedici heyətə layiq olan uşaqların axtarışında olduq. Sahib Abbasovu komandaya qaytarmışıq. Klubun U-19 və U-17 komandasında iki futbolçu var, onları da heyətə cəlb etmək istəyirik. Perspektivli uşaqlardı. Çempionatda mübarizə qaldığı yerdən başlayır. Daha yaxşı nəticələrə imza atmağa çalışacağıq. Bu həftə bizim üçün oyun həftəsi idi, ona görə də işimizi buna uyğun görmüşdük. İlk oyunda zəhmətimizin bəhrəsini görmək istəyirik. Nəticə yaxşı olanda təbii ki, gördüyü iş adamın xoşuna gəlir. Əvəzedici olaraq bizim işimizə stimul verən amil əsas komandaya futbolçu hazırlamaq, yetişdirməkdi. O ki, qaldı yeni ildə ilk oyunumuza, səfərə qələbə qazanmaq üçün gedirik. Amma futbolçularımdan ilk tələbim baxımlı futbol nümayiş etdirməkdi, bu olsa, qələbə də gələcək”. 


Xəbər xətti