Venger cəzalandırıldı

12:35 28 Yanvar 2017

"Arsenal"ın baş məşqçisi Arsen Vengeri cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb çalışdırıcının Premyer Liqanın XXII turunda "Bornli" ilə matçda hakimin penalti qərarına etiraz etməsi və hakimin ona verdiyi cəzaya riaət etməməsidir. Çalışdırıcı referi tərəfindən tribunaya göndərilsə də, buna əməl etməyib. O, oyunu sona qədər soyunub-geyinmə otağına gedən tuneldə izləyib.

 

 
İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi Vengeri 4 oyunluq diskvalifikasiya edib və 25 min funt-sterlinq məbləğində cərimələyib.


Xəbər xətti