"Uşaqlar qələbəylə mənə hədiyyə verdilər" - Svanadze - MÜSAHİBƏ

20:10 28 Yanvar 2017

Azərbaycan Premyer Liqasının 15-ci turunda evdə “Kəpəz”ə qalib gələn (4:1) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalustlərin suallarını csvablandırıb.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Havaya rəğmən, yaxşı oynadıq. Qol buraxsaq da, yaxşı oyun sərgiləyib qalib gəldik. Şadam ki, çətinliklərə baxmayaraq, yaxşı oyunumuzu davam etdiririk. Bu gün ad günüm idi. Uşaqlar bu qələbəylə mənə hədiyyə verdilər.

 

- Sizcə, ilk hissənin sonlarında vurulan bərabərlik qolu ümumi qələbədə nə qədər rol oynadı?

- Bu qolun müəyyən rolu ola bilər. Ancaq həlledici rol oynadığını düşünmürəm. Elə oyunlar olub ki, ilk hissədən sonra məğlub olsaq da, sonda qalib gəlmişik. Bizdə oyunun taleyini həll edəcək yaxşı hücumçular var.

 

- Komanda bu gün 3 xal qazansa da, sponsorunu itirib. Siz daha çox qələbəyə sevinirsiz, yoxsa sponsorunuzu itirdiyinizə görə kədərlənirsiz?

- Sponsorla bağlı deyə bilərəm ki, bu, onların öz qərarıdı. Hamının müqaviləsi var. Bizim əsas vəzifəmiz meydana çıxıb, oynamaqdı.

 

- Bu, oyunçulara təsir etmir ki?

- Xeyir, uşaqlar bilir ki, yaxşı oynamaq lazımdı. Sponsor yəqin ki, gec-tez tapılar.

 

- Ötən mövsümdə komanda avrokuboklara vəsiqə qazansa da, sonra burada çıxış edə bilmədi. Düşünmürsüz ki, bu il də eyni hal təkrarlansa, bu, haqsızlıq olar?

- Təbii ki, ədalətsizlik olar. Ancaq gördüyünüz kimi, əlimizdə olan oyunçularla da yaxşı çıxış edirik. Bu oyunçular komandanı tərk etməsələr, avrokuboklarda çıxış edə bilərik.

 

- Belə görünür ki, Ağabala Ramazanov və Ruslan Abışovun ayrılmasının komandaya mənfi təsiri olmayıb.

- Əlbəttə, təsiri olub. Ancaq hazırda heyətdə olan oyunçular çalışırlar ki, bu, özünü göstərməsin. (Futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti