"Neftçi" axtardığı hücumçunu tapdı

23:00 28 Yanvar 2017

“Neftçi” növbəti transferini gerçəkləşdirib.

 

Sportarena.az xəbər verir ki, Argentina əsilli Fransa vətəndaşı Hüqo Barqas ilə 1 il müddətinə müqavilə bağlanıb. 30 yaşlı futbolçu indiyədək Argentinanın “All Boyz”, Hollandiyanın “De Qraafşap”, “Zvolle”, İspaniyanın “Ximnastik”, Boliviyanın “Bluminq”, “Oriente Petrolero”, “Bolivar”, İtaliyanın “Kremoneze”, Ekvadorun “Deportivo Kuenka” klublarında çıxış edib.

 

Qeyd edək ki, "Neftçi" qış transfer pəncərəsi boyunca hücumçu mövqeyinə futbolçu tapmaqda çətinlik çəkirdi.


Digər xəbərlər

Xəbər xətti