La Liqada yeni texnologiya - FİFA təsqiləyərsə

21:20 31 Yanvar 2017

İspaniya Peşəkar Futbol Liqası (LFP) gözlənilməz qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, qurum yeni mövsümdən etibarən La Liqanın oyunları zamanı video təkrarlardan istifadə etmək istəyir. Bu barədə LFP-nin prezidenti Xavyer Tebas İspaniya mətbuatına məlumat verib.

 

Onun sözlərinə görə, FİFA video təkrar texnologiyasını təsdiqləyərsə, 2017-ci ilin iyulundan sözügedən sistem çempionat oyunlarında tətbiq olunacaq.

 

Qeyd edək ki, La liqanın son turu çərçivəsində keçirilən "Betis” - “Barselona” matçının (1:1) ikinci hissəsində qonaqların hücumu zamanı müdafiəçi topu qapı xəttini keçdikdən sonra qaytarsa da, baş hakim epizodu görməmişdi.


Digər xəbərlər

Xəbər xətti