"Zirə"də qanalı futbolçu

10:05 1 Fevral 2017

“Zirə” heyətinə yeni futbolçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, Bakı təmsilçisi  qanalı hücumçu Riçard Qadze ilə ilyarımlıq müqavilə imzalayıb.

 

Qeyd edək ki, 2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayan 22 yaşlı hücumçu 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Riçard həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da çıxış edib.


Xəbər xətti