Cerrardın yeni işində ilk günü - FOTOLAR

17:56 1 Fevral 2017

"Liverpul"un sabiq kapitanı Stiven Cerrard bu gündən yeni işinin icrasına başlayıb. 

 

Sportarena.az xəbər verir ki, o, "qırmızılar"ın akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək və klubun bütün yaş qrupları ilə məşğul olacaq. Stiven vaxtılə futbolun sirrlərini öyrəndiyi akademiyada bildiklərini klubun yeni yetirmələrinə aşılamağa çalışacaq.

 

2016-cı ilin noyabrında karyerasını başa vurduğunu elan edən Cerrard 1998-2015-ci illərdə "Liverpul"un, 2015-16-cı illərdə isə "Los-Anceles Qalaksi"nin şərəfini qoruyub. "Mersesaydlılar"ın heyətində 500-dən artıq oyuna çıxan Cerrard 9 titul qazanıb. Maraqlı məqam odu ki, 18 il İngiltərədə çıxış etmiş futbolçu Premyer Liqanın qalibi ola bilməyib.

 

 

 

 


Xəbər xətti