Təbriz klubu böyük hesabla məğlub oldu

11:45 2 Fevral 2017

İran çempionatında 20-ci tura start verilib. 

 

Sportarena.az xəbər verir ki, Təbrizin “Maşınsazi” klubu evdə Tehran “İstiqlal”ıyla qarşılaşıb. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsiylə nəticələnib. Bu məğlubiyyətin ardından 10 xala malik “yaşıl-ağlar” əvvəlki kimi sonuncu - 16-cı pillədə qərarlaşıb.

 

Təbrizin digər təmsilçiləri - “Traktorsazi” və “Qostareş Fulad” isə bir neçə gün sonra meydana çıxacaq. “Qostareş Fulad” sabah “Məşhəd”in qonağı olacaq. “Traktorsazi” isə bazar günü səfərdə lider “Persepolis”lə qarşılaşacaq.


Xəbər xətti