"Pele" Tovuzu Qusara dəyişdi

18:21 2 Fevral 2017

“Şahdağ” qış transfer pəncərəsinin son günlərdə aktivliyi ilə seçilir.

 

Sportarena.az xəbər verir ki, Qusar təmsilçisi heyətinə daha bir futbolçu cəlb edib. Mövsümün ilk yarısından sonra "Pele" ləqəbi ilə tanınan  Vüqar Asaliyevi heyətinə qatıb. 2013-2015-ci illərdə "Şahdağ"da top qovan Vüqar daha sonra "Şəmkir" və "Turan" klublarında top qovub.

 

Elə Tovuz klubundan transfer olunan Vüqar mövsümün sonunadək şimal təmsilçisinin şərəfini qoruyacaq.


Digər xəbərlər

Xəbər xətti