“Neftçi”nin yeni transferinin penalti davası - FOTOLAR

13:31 3 Fevral 2017

"Neftçi" qış transfer dönəmində sonuncu transferini dünən həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” ön xətti ispaniyalı hücumçu Daniel Seqoviya ilə gücləndirib. O, son klubu “Sankt Pölten”dən heç də yaxşı şəkildə ayrılmayıb. Belə ki, Seqoviya “Mansdorf” ilə keçirdikləri yoxlama görüşündə komanda yoldaşı Alhassan Keyta ilə penaltini yerinə yetirmək üstündə əlbəyaxa olub. Qvineyalı hücumçu ilə dava zamanı ispaniyalının futbolçusunun qaşı da partlayıb. Bu hadisə mətbuatda böyük əks-səda doğurub.

 

Afrikalı futbolçu bu hadisəyə görə klubdan qovulsa da, Seqoviya özü komandadan ayrılıb. Ondan sonra klubsuz qalan hücumçu Azərbaycan təmsilçisi ilə müqavilə imzalayıb.

 

 

 


Xəbər xətti