Samir Abasov 2 futbolçudan məhrum oldu

13:53 3 Fevral 2017

Premyer Liqanın 16-cı turu çərçivəsində sabah "İnter"i qəbul edəcək "Sumqayıt" oyuna tam heyətlə çıxa bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Samir Abasov 2 futbolçunun xidmətindən məhrum olub. Belə ki, Mikayıl Rəhimov və Vaquf Güləliyev komandaya kömək edə bilməyəcək. Hər iki futbolçu zədədən əziyyət çəkir.


Digər xəbərlər

Xəbər xətti