Futbolçumuz komandasına qələbə qazandırdı

10:17 4 Fevral 2017

Hollandiya birinci divizionunda 23-cü turun oyunları keçirilir.
 

Sportarena.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü  Ziya Əzizovun çıxış etdiyi "Den Boş" doğma meydanda "NAC Breda" ilə qarşılaşıb. Görüş “Den Boş”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 

Start heyətində meydana çıxan və sonadək mübarizə aparan azərbaycanlı futbolçu matçın 76-cı dəqiqəsində komandasının qələbə qolunu vurub. Bu, onun Hollandiya klubunda 3-cü qoludur.
 

Qeyd edək ki, "Den Boş" 23 turdan sonra 32 xalla 20 komanda arasında 13-cü pillədədir.


Digər xəbərlər

Xəbər xətti