"Atletiko"nun futbolçusu azadlığa buraxıldı

10:52 4 Fevral 2017

Madrid “Atletiko”sunun futbolçusu Lukas Ernandes azadlığa buraxılıb.

 

Sportarena.az xəbər verir ki, sevgilisini döydüyünə görə həbs edilən fransız futbolçu bu gün azad olunub. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb.

 

Yaşanan hadisədən sonra bölməyə aparılan, daha sonra isə məhkəməyə çıxarılan 20 yaşlı futbolçu sevgilisinin şikayətçi olmaması səbəbindən məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə zalından çıxan Ernandes jurnalistlərin suallarını cavablandırmadan, birbaşa şəxsi avtomobilinə əyləşərək məhkəmə binasından uzaqlaşıb.


Digər xəbərlər

Xəbər xətti