"Qəbələ"nin yetirməsi "Şahdağ"da

11:48 4 Fevral 2017

Qış transfer pəncərəsinin son günlərini aktiv şəkildə keçirən "Şahdağ" daha bir futbolçu ilə güclənib.

 

Sportarena.az xəbər verir ki, şimalılar müdafiəçi Vasif Mehraliyevlə anlaşıb. Futbolçu ilə imzalanan müqavilənin müddəti mövsüm sonuna qədərdir.

 

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Mehralıyev karyerası ərzində "Rəvan","Mil-Muğan","Neftçi" (əvəzedici heyət) və "Kəpəz" klublarının formasını geyinib.


Xəbər xətti