Messidən yeni rekord

13:41 5 Fevral 2017

“Barselona”nın hücumçusu Lionel Messi yeni rekord müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, argentinalı futbolçu Kataloniya klubunda cərimə zərbəsindən vurduğu qolların sayını 27-ə çatdırıb. Son dəfə o, belə qolu dünən “Atletik”lə La Liqanın oyununda (3:0) vurub.

 

Bununla da o, bu göstəricidə “Barselona” tarixində 26 qolla lider olan əfsanəvi Ronald Kumanı geridə qoyub.


Digər xəbərlər

Xəbər xətti