Konteyə İtaliyadan fantastik təklif

15:07 6 Fevral 2017

“Çelsi”nin baş məşqçisi Antonio Konte gələn mövsüm İtaliyaya qayıda bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “İnter” rəhbərliyi 47 yaşlı mütəxəssisi komandada görmək istəyir. Həmkarlarımızın iddiasına görə, razılıq verəcəyi təqdirdə Konteyə illik 15 milyon avro maaş, üstəlik güclü komanda formalaşdırmaq üçün 400 milyon avro dəyərində transfer büdcəsi ayıracaq.

 

Kontenin dünən keçirilən “Yuventus” - “İnter” oyununu (1:0) stadiondan izləməsi onun İtaliyaya qayıtmaq ehtimalını artırır.


Xəbər xətti