"Kəpəz"də iki futbolçu sıraya döndü, biri isə...

16:08 6 Fevral 2017

Azərbaycan Premyer Liqasının 16-cı turunda, “Zirə” ilə səfər oyununun sonlarında zədələnən "Kəpəz"in futbolçusu Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, müayinədən keçən müdafiəçiyə sol çiyin qurşağının ikinci dərəcəli bağ gərilməsi diaqnozu qoyulub. Klubun tibb personalından verilən məlumata görə, Əliyevin müalicəsi davam etdirilir. Futbolçu zədəsi səbəbindən “Sumqayıt”la görüşdə iştirak edə bilməyəcək. Onun həftəsonu “Qarabağ”la oyuna kimi hazır olacağı gözlənilir.
 

Komandanın digər zədəli oyunçuları Tural Axundov ilə Azad Kərimov isə artıq sıraya dönüb. Ötən tur “Zirə” ilə görüşü buraxan futbolçular bu gün komanda ilə birgə məşqlərə qoşulublar. 


Digər xəbərlər

Xəbər xətti