DÇ-2018-in xərcləri artırıldı

11:02 7 Fevral 2017

Rusiyada 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq xərcləri artırılıb.

 

Sportarena.az xəbər verir ki, Turnirin büdcəsinə 19,1 milyard rubl (323 813 515 dollar) əlavə olunub. Rusiya Federasiyasının hüquqi informasiya portalında yer alan xəbərdə qeyd olunur ki, xərclər 619 mlrd. 670,5 mln-dan 638 mlrd. 842,6 mln rubla qədər artıb.

 

Qeyd edək ki, DÇ-2018-in oyunları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. 


Xəbər xətti