Futbol tarixində ilk - Dördüncü oyunçu dəyişikliyi

15:29 8 Fevral 2017

Almaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutmuş “Astroria” - “Arminia” oyununda yenilik olub.

 

Sportarena.az xəbər verir ki, 4-cü və 2-ci liqa klubları bir müddət öncə Almaniya Futbol Federasiyasının verdiyi qərardan istifadə ediblər. Belə ki, bir müddət öncə federasiyanın qəbul etdiyi qərara əsasən, kubok oyunlarında əlavə vaxtda komandalar 4-cü oyunçu dəyişikliyindən istifadə istifadə edə bilərdilər.

 

Bundan yararlanan ilk klub isə “Astoria” olub. 4-cü liqa təmsilçisi oyunun 117-ci dəqiqəsində 4-cü oyunçu dəyişikliyini həyata keçirib. “Arminia” isə bu haqqından 120-ci dəqiqədə istifadə edib.


Xəbər xətti