Abışov səfir seçilməsindən danışdı - "Mənim üçün çox xoş olacaq" - AÇIQLAMA

17:50 8 Fevral 2017

Azərbaycan millisinin və “Neftçi” klubunun üzvü Ruslan Abışov bu ilin may ayında ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının idmançı səfirlərindən biri seçilib. 

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün keçirilmiş təqdimat mərasimindən sonra Abışov səfir seçilməsiylə bağlı danışıb:

 

“İlk dəfə belə bir mötəbər yarışda səfir kimi fəaliyyət göstərəcəm. Mənə etimad göstərildiyini eşidəndə çox sevindim. İdmançı yoldaşlarımla proqram çərçivəsində tədbirlərdə, layihələrdə iştirak etmək mənim üçün çox xoş olacaq. Bu yarışda idmançılarımızdan yüksək nəticələr gözləyirik. Oyunlarda iştirak edəcək futbol komandamıza da dəstək olmağa, hətta heyətdə yer almağa çalışacağıq. Sonda etimad göstərən hər kəsə, eləcə də 2017-ci il İslam Həmrəyliyi Oyunlarının keçirilməsində əməyi olan insanlara dərin təşəkkürümü bildirirəm”.


Xəbər xətti