"Mənim istefa mədəniyyətim var" - Şahin Diniyev - MÜSAHİBƏ

18:18 9 Fevral 2017

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

 

- Uşaq səhvlərindən qol buraxdıq. Fərdi səhvlər hesabın böyük olmasına səbəb oldu. Fasilədən sonra nəticəni dəyişmək istəsək də, alınmadı. Deyiləsi bir şey yoxdu. “Qara zolağa”a düşmüşük. Gələcək matçlara hazırlaşmalıyıq. Komanda psixoloji cəhətdən sınıb, təzyiq altından çıxa bilmir. Bu oyunda rəqib daha istəkli idi.

 

- Deyilənə görə bu gün də yenilsəniz, istefa verəcəkdiniz...

- Komandanı belə vəziyyətdə qoyub getmək istəmirəm, zəiflik əlamətidi. Sona qədər vuruşmaq lazımdı.

 

- Əli Nurinin əvəzlənməsi nə ilə bağlı idi?

- Müdafiəçilərmizin olmaması təsirini göstərir. Gənc oyunçudu, bir az həyəcanlı idi, oyun planında axsamaları var idi deyə əvəzlədik, amma ona gələcəkdə şans verəcəm. 

 

- İstefanızla bağlı çox söhbətlər gəzir. Sizcə, gedişinizi kimlər istəyir?

- Bilirəm kimlərdi, bir yerdən idarə olunurlar. Mənim istefa mədəniyyətim var, sadəcə, sona 11 tur qalmış gedişim nəyisə dəyişəcəksə, bunu edərəm. Çalışacam dönüş edək.

 

- Kərim Diniyev oğlunuz olduğuna görə ona üstünlük verdiyinizi deyənlər çoxdu. Ehtiyatda Kərimdan yaxşı futbolçu varmı?

- Bu, uşaq sözhbətidi, şəxsi-qərəzlilikdi. Kərim bu gün ən yaxşılardan idi. Hamı yaradıcı futbolçu istəyir, amma yaratmaq üçün dağıdıcı futbolçu olmalıdı. Bayaq dediyim 1-2 insandı ki, bu cür fikirləri yayır. Onları da Allaha tapşırıram.

 

- “Qarabağ”la oyun Gəncədə olacaq?

- Meydançamız bəlkə 30-40 ildi dəyişdirilmir. “Zirə” ilə matçda meydana çıxsaydıq, ot örtüyü məhv olardı. Vəziyyət hələ ki, naməlumdu, hava şəraitnə əsasən qiymət veriləcək. (Futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti