"Azarkeşlərimizi sevindirdik" - Elxan Abdullayev - AÇIQLAMA

19:47 9 Fevral 2017

"Neftçi"in baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları "İnter" ilə oyun barədə fikirlərini bölüşüb.

Sportarena.az xəbər verir ki, "CBC Sport"a açıqlama verən Abdullayev bunları bildirib:

"Oyundan razı qaldım. Hər şey çox gözəl alındı. Şadam ki, qələbə qazanıb azarkeşlərimizi sevindirdik. Bu uğuru növbəti oyunlarda da davam etdirmək lazımdır. 

Georgi Navalovskini təcrübəsinə görə kapitan seçdim. Əsas kapitanlarımız Mahir Şükürov və Ruslan Abışov zədəli idi. Elə aparıcı oyunçularımızdan olan Cavid İmamverdiyev də. Navalovski təcrübəli olması ilə yanaşı, əvvəllər Azərbaycanda çıxış edib. Azarkeşlərə və futbolumuza bələd idi. Bu səbəbdən onu kapitan seçdik".


Xəbər xətti