Reynaldonun debüt etdiyi oyunun nəticəsi ləğv olundu

10:47 10 Fevral 2017

Türkiyə Super Liqasının 19-cu turu çərçivəsində baş tutan “Adanaspor” - “Kasımpaşa” matçının nəticəsi ləğv edilib.

 

 

Sportarena.az xəbər verir ki, buna səbəb qonaqların reqlament qaydalarına əməl etməməsidir. 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çat görüşdə adanalıların xeyrinə texniki qələbə qeydə alınıb.

 

Qeyd edək ki, “Qarabağ”dan ayrılaraq “Adanaspor”a keçən Raeynaldo məhz bu görüşdə yeni komandasının heyətində debüt etmişdi.


Xəbər xətti