Təbriz klubları üçün uğurlu gün

11:03 10 Fevral 2017

İran çempionatında 21-ci turun oyunları keçirilir.
 

Sportarena.az xəbər verir ki, dünən Təbrizin iki klubu növbəti oyununa çıxıb. “Qostareş” Təbrizdə “Saypa”nı qəbul edib və 2:1 hesablı qələbə qazanıb. “Sazi Təbriz” isə səfərdə “Sepahan”a 3 cavabsız qolla qalib gəlib.
 

Bu nəticələrdən sonra “Qostareş” 29 xalla 5-ci, “Sazi Təbriz” isə 13 xalla sonuncu yerdə qərarlaşıb.
 

Qeyd edək ki, Təbrizin digər klubu “Traktor Sazi” sanah “Zob Ahan”la qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti