Əfran İsmayılovdan yubiley qol

14:36 10 Fevral 2017

Azərbaycan Premyer Liqasında mövsümün yubiley qolu vurulub. 17-ci turun "Qarabağ” – "Zirə” görüşündə qeydə alınan ilk top mövsümdə 150-ci olub. 


Sportarena.az xəbər verir ki, bu qola Ağdam klubunun futbolçusu Əfran İsmayılov imza atıb. Belə ki, bu turadək 147 vurulmuşdu. Turun ilk gününün 3-cü qolu mövsümdə 150-ci kimi tarixə düşüb.
 
 
Xatırladaq ki, çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL – "Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol isə "Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadır. O, 5-ci turun sentyabrın 19-da keçirilən "Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol isə 10-cu turun oktyabrın 30-da baş tutan "İnter” – "Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb.


Digər xəbərlər

Xəbər xətti