"Biz özbaşına deyilik" - Rəhman Hətəmov - MÜSAHİBƏ

14:28 11 Fevral 2017

2017-ci ilin əvvəlində Beynəlxalq Bankın rəhbərliyində baş verən dəyişiklik bankın strategiyasının da dəyişməsinə səbəb oldu.

 

Sportarena.az xəbər verir ki, BB-ın yeni idarə heyəti fəaliyyətə başladığı ilk gündən bir sıra islahatlara və yeniliklər yönündə addımlar atmağa başladı. Beynəlxalq Bankın idarə heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin dönəmində sponsorluq müqaviləsi imzalanan idman klublarından və federasiyalardan da imtina edilməyə başladı.

 

 

Bu qərarla üzləşən ilk olaraq ölkənin nüfuzlu və güclü futbol klublarından olan və bankın sponsorluq etdiyi dönəmdə xeyli uğurlu çıxış edən “İnter”dən imtina edildi. "Bankirlər" ləqəbi ilə tanınan klub mövsümün qalan hissəsində Azərbaycan Futbol Federasiyalar Asosasiyasının dəstəyi ilə fəaliyyətə göstərəcək. Paytaxt təmsilçisinin sonrakı taleyi isə qaranlıq qalır. Bankın idarə heyətinin yeni rəhbəri Xalid Əhədov bu qərarla bağlı açıqlama da verdi:

 

“Yeni strateji hədəflərinə uyğun olaraq idman sferasındakı fəaliyyətini məhdudlaşdırmaq ABB-yə öz xərclərinə qənaət etməyə, mövcud imkan və resursların, əsas fəaliyyət istiqamətlərinə, yəni, sırf bank-maliyyə sahəsinə cəlb olunmasına, beləliklə, Bankın dövlət dəstəyi ilə sağlamlaşdırılması tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək”.

 

 

Beynəlxalq Bankın sonrakı "qurban"ı isə Azərbaycan Milli Karate Federasiyası oldu. Bankın yeni rəhbərliyi Azərbaycanda kifayət qədər populyar olan idman növünə nəzarət edən quruma da sponsorluq etməkdən imtina etdi. "İnter"ə müvəqqəti olaraq Azərbaycanın ali futbol qurumu AFFA sahibləndisə, federasiyaya Gənclər və İdman Nazirliyi sahib çıxdı.  Bunu bizimlə söhbətində AMKF-nin birinci vitse-prezidenti Rəhman Hətəmov bildirdi. O, digər qaranlıq məsələlərə də Sportarena.az-a müsahibəsində aydınlıq gətirdi.

 

 

- Beynəlxalq Bankdan sizə imtina səbəbi kimi nə dedilər?

- Bizə  bankdan maliyələşdirmənin dayandırılması barədə rəsmi məktub gəlməyib. Hələ ki gözləyirik.

 

 

- Əgər rəsmi şəkildə imtina bildirişi gələrsə maliyyələşmə üçün hansı quruma müraciət olunacaq? Artiq yeni sponsorun axtarışlarına başlanılıb?

-  Bu məsələni dövlət həll edir. Biz kimik ki...  Nə vaxt federasiyamız kiməsə həvalə olunacaq , o zaman bizim də rəsmi sponsorumuz olacaq. Biz özbaşına deyilik.  Biz Azərbaycan Respublikasını təmsil edirik. Dövlət də hər zamankı kimi bizim qayğımızda durur.

 

- Sponsor tapilana qeder idmançıların maaş məsələsini necə həll etməyi düşünürsüz? Gecikmələr olacaq?

- Hələlik sıxıntı olmasın deyə Gənclər və İdman Naziliyi bizə öz maddi dəstəyini göstərir.

 

 

- Maaşlarınız nazirlik tərəfindən ödəniləcək?

- Nazirlik maaşlarımızı da ödəyəcək, bizi yarışlara da göndərəcək. Gənclər və İdman Nazirliyi hər şeyi öhdəliyinə götürüb.

 

 

- Bu durum komandanın qarşıdan gələn İslam Həmrəyliyi oyunlarındakı çıxışlına təsir etməyəcək ki?  Çünki idmançıların təlim-məşq toplanışlarında, sınaq yarışlarında iştirakı vacibdir.

- Bu sarıdan hələ ki heç bir problemimiz yoxdur. İdmançılarımzın bu barədə narahatlığı yoxdur. Bundan əlavə, biz də imkan vermərik ki, bu sıxıntılar onlara mənfi təsir etsin.

 

 

- Bundan sonra milli komandada yenilik etməyi düşünürsüz?

- Təbii ki yenilik olacaq. Ölkə çempionatında qalib gələn idmançılar yığmada öz yerlərini alacaqlar. İstər gənclər, istərsə də böyüklər arasında turnirlərin qalibləri.  Onlar arasında İslam oyunlarında çıxış edəcək idmançılar seçiləcək.

 

Heybət Məmmədov


Xəbər xətti