"Kəpəz"in zədəliləri sağaldı - "Qarabağ"a qarşı oynayacaqlar

14:12 12 Fevral 2017

Azərbaycan Premyer Liqasının 18-ci turunda Gəncə şəhər stadionunda “Qarabağ”la qarşılaşacaq “Kəpəz” rəqib önünə itkiylə çıxacaq.

Sportarena.az xəbər verir ki, “Zirə”yə qarşı oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Renan Da Silvanın cəza müddəti bitmədiyindən, braziliyalı bu matçı da buraxacaq.

“Sarı-göylər”in zədəliləri Tural Axundovla Şəhriyar Əliyevin zədəsi isə sağalıb və onlar komanda ilə birlikdə Gəncəyə gəliblər.


Digər xəbərlər

Xəbər xətti