"Belə meydançada xarakter göstərdilər" - Qurban Qurbanov - AÇIQLAMA

17:33 12 Fevral 2017

“Qarabağ” Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Kəpəz"i 1:0 hesabıyla məğlub edib.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bildirib:

 

"Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular belə bir meydançada xarakter göstərdilər. Qələbə üçün nə lazım idisə, komandam bəlkə ondan artığını etdi. Azarkeşlərimizə təşəkkür edirəm ki, bu gün də stadiondaydılar. Məni və komandamı yaxşı qarşılayan "Kəpəz" azarkeşlərinə də təşəkkür edirəm”.


Digər xəbərlər

Xəbər xətti