"Ayaks"ın futbolçusu oyun zamanı hamını aldatdı - VİDEO

16:51 13 Fevral 2017

Hollandiya çempionatının 22-ci turunda keçirilən “Ayaks” - “Sparta” qarşılaşması futbol adına ləkə sayılan epizodla yadda qalıb.

 

Sportarena.az xəbər verir ki, “Ayaks”ın futbolçusu Yoel Veltmanın hərəkəti bütün azarkeşləri təəccübləndirib. Oyunun gedişində “Ayaks”ın futbolçusu zədələnib. Bu vaxt top yan xəttin yaxınlığında olan Veltmanda olub.

 

Veltman ona tərəf gələn rəqib futbolçulara əli ilə işarə edərək, komanda yoldaşının zədələndiyini bildirib. Rəqib futbolçular onun işarəsindən sonra mübarizəni dayandırıblar. Bundan istifadə edən Veltman hücumu davam etdirib.

 

Qeyd edək ki, qarşılaşma “Ayaks”ın qələbəsiylə başa çatıb - 2:0.

 

 


Xəbər xətti