"Uğursuzluq zolağından çıxdıq" - "Neftçi"nin futbolçusu

10:04 14 Fevral 2017

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi" evdə "Sumqayıt"ı 1:0 hesabıyla məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın yeganə qolunun müəllifi Huqo Barqas və yarımmüdafiəçi Zdenek Folprext klubun saytına fikirlərini bildiriblər: 

 

Huqo Barqas: "Qar yağdığı üçün meydançada oynamaq, ona uyğunlaşmaq çətin idi. Bununla belə, çox şadam ki, meydana əvəzetmə ilə daxil olub həlledici qolu vura bildim. Bu gün 3 xal qazanmaq psixoloji cəhətdən çox vacib idi”. 

 

 

Zdenek Folprext: "Bu qələbədən sonra, demək olar, uğursuzluq zolağından çıxdıq. Artıq biz hər bir komanda üçün təhlükəli rəqib olacağıq. Fikrimcə, çox yaxşı komandamız var. Rəqibə gəlincə, "Sumqayıt”ın qapıçısı bu gün möhtəşəm oyun göstərdi”.


Xəbər xətti