"Qorxunc gün idi" - İnyesta - AÇIQLAMA

17:11 15 Fevral 2017

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə PSJ-yə böyük hesabla uduzan (0:4) “Barselona”nın kapitanı Andres İnyesta oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi Paris klubunun onlardan hər sahədə güclü olduğunu deyib:

 

“Qorxunc gün idi. Müsbət heç nə yox idi. Hər şey bizim üçün pis nəticələndi, xüsusilə, yekun hesab. Bizdən hər sahədə üstün idilər. Həm oyun, həm də motivasiya cəhətdən bizdən çox üstün idilər. Səbəbini izah edə bilmirəm. İndi ancaq cavab oyunu barədə düşünməliyik. Futbolda bəzən belə şeylər olur. Hamımız məyusuq. Ancaq ayağa qalxmalıyıq”.

 

Qeyd edək ki, “Barselona” və PSJ arasında cavab oyunu martın 8-də, “Nou Kamp”da keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti