"Şahdağ"ın hazırlıq planı

20:43 15 Fevral 2017

Qusar "Şahdağ"ı birinci divizionun 17-ci turu çərçivəsində qarşılaşacağı "Mil-Muğan"la oyuna elə bu rəqibinin meydançasında hazırlaşacaq. 
 
 
Sportarena.az xəbər verir ki, fevralın 17-i 16-cı turda "Bakılı"nı Qusarda qəbul edəcək qusarlılar bundan 2 gün sonra, konkretləşdirsək ayın 19-u İmişliyə yollanacaq. Yəni, fevralın 23-də "Mil-Muğan"ın qonağı olacaq komanda oyundan 4 gün əvvəl rəqib stadionuna gedəcək. 
 
 
Buna səbəb Qusarda hökm sürən əlverişsiz hava şəraitinin "Şövkət Orduxanov" adına şəhər stadionunun oyun və məşqlər üçün əlverişsiz hala salmasıdır. 
 
 
"Şahdağ"ın əvəzediciləri isə fevralın 19-da Qazaxa yollanacaq. Ertəsi komanda Qazax şəhər stadionunda Gürcüstan təmsilçisi "Terjola Sapovlena" ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək. Əsas heyət isə fevralın 20-dən etibarən İmişlidə "Mil-Muğan"la görüşün hazırlıqlarına start verəcək.


Digər xəbərlər

Xəbər xətti