"Beşiktaş, "Roma" və "Mançester Yunayted"dən inamlı qələbə - YENİLƏNİB

10:11 17 Fevral 2017

Çempionlar Liqasının ardınca, Avropa Liqasında da fasilə başa çatıb.

 

Sportarena.az xəbər verir ki, mübarizə 1/16 final mərhələsinin ilk oyunları ilə davam etdirilib. Meydana öncə “Krasnodar” və “Fənərbaxça” çıxıb. Rusiya və Türkiyə təmsilçilərinin duelində ev sahibləri üstün olub. Çempionlar Liqası ilə vidalaşan “Beşiktaş” mübarizəni Avroliqada davam etdirir. İsraildə “Hapoel”in qonağı olan “qara qartal” asan qələbə qazanıb. Türkiyənin digər təmsilçisi "Osmanlıspor” səfərdə “Olimpiakos”la "sülh bağlayıb".

 

Qrup mərhələsində Azərbaycan təmsilçilərindən “Qarabağ”ın rəqibi olmuş “Fiorentina” Mönhenqladbax “Borussiya”sını məğlub edib. PAOK isə Almaniyanın digər təmsilçisi "Şalke”yə böyük hesabla uduzub. "Qəbələ”nin keçmiş rəqiblərindən “Sent-Etyenn” "Mançester Yunayted"ə boyun əyib. "Anderlext" isə "Zenit"dən üstün olub.

 

Mərhələnin gərgin mübarizə vəd edən görüşlərindən biri də İspaniyada baş tutub “Vilyareal” doğma meydanda gözlənilmədən “Roma”ya böyük hesabla uduzub.

 

 

UEFA Avropa Liqası. 1/16 final mərhələsi, ilk oyunlar

16 fevral

20:00 “Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) 1:0

22:00 “Astra” (Rumıniya) – “Genk” (Belçika) 2:2

22:00 “Alkmaar” (Hollandiya) – “Lion” (Fransa) 1:4

22:00 “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya) 0:1

22:00 “Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna) 0:1

22:00 “Rostov” (Rusiya) – “Sparta” (Çexiya) 4:0

22:00 “Gent” (Belçika) – “Tottenhem” (İngiltərə) 1:0

22:00 “Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka) 1:2

22:00 “Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə)  0:0

00:05 “Anderlext” (Belçika) – “Zenit” (Rusiya) 2:0

00:05 “Atletik” (İspaniya) – APOEL (Kipr) 3:2

00:05 “Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə) 1:3

00:05 “Legiya” (Polşa) – “Ayaks” (Hollandiya) 0:0

00:05 “Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa) 3:0

00:05 PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) 0:3

00:05 “Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya) 0:4


Xəbər xətti