"Boavişta" Kamranın xidmətində maraqlı deyil? - İcarəyə götürülən qapıçını bəyəndilər

16:41 16 Fevral 2017

Millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Boavişta" klubu mövsümün gedişində Belçikanın "Muskron" klubundan icarəyə götürdüyü Vaqner da Silva ilə bağlı qərar verib. 

 

Sportarena.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Portu təmsilçisi 30 yaşlı qolkiperin transfer hüququnu ələ keçirmək üçün Belçika klubuna müraciət edəcək. Əgər tərəflər arasında danışıqlar müsbət nəticələnsə, Vaqner "Boavişta" ilə 2019-cu ilin yayına qədər müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Kamran Ağayev cəzalı olduğu üçün Vaqner son oyunlarda əsas heyətdə yer alırdı. Ancaq ötən tur 31 yaşlı qolkiper cəzasını başa vursa da, baş məşqçi Migel Leal qapını yenə braziliyalıya həvalə etmişdi.

 

Əlavə edək ki, Kamran Ağayevin mövsümün sonunda "Boavişta" ilə müqaviləsi başa çatır.


Xəbər xətti