"Zirə" gürcüstanlı futbolçu transfer etdi

18:14 16 Fevral 2017

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

 

Sportarena.az xəbər verir ki, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya bu gün “qartallar”ın sıralarına qoşulub. 22 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

 

Qoroziya “Zirə”yə “Stabek” klubundan gəlib. 2014-cü ildən Norveç klubunda çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tbilisinin “Lokomotiv” və Kutaisinin “Torpedo” klubunda forma geyib. Giorgi həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 2012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa Çempionatının yarımfinalına qədər yüksəlib.


Xəbər xətti