Yığmamız finala yüksələ bilmədi

13:03 17 Fevral 2017

İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları davam edir.

 

Sportarena.az xəbər verir ki,Rusiya və Gürcüstana qalib gələn komandamız son görüşünü ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 üstün amerikalılar finala yüksəlib.

 

74 kq çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib.

 

Qeyd edək ki, yığmamız Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxacaq.


Digər xəbərlər

Xəbər xətti