UEFA Türkiyə klubunu avrokuboklardan uzaqlaşdırdı - 2 illik

18:51 17 Fevral 2017

Türkiyənin "Karabükspor” klubu  UEFA tərəfindən sərt cəzalandırılıb.
 

Sportarena.az xəbər verir ki, superliqa təmsilçisi avrokuboklardan kənarlaşdırılıb. Buna səbəb klubun maliyyə feyr-pleyinin tələblərini pozmasıdır.

 

Uzun müddət  “Karabükspor”la bağlı araşdırma aparan UEFA klubu 2 il beynəlxalq yarışlardan kənarlaşdırıb. “Karabükspor” 2016-17 və 2017-18 mövsümlərində avrokuboklara vəsiqə qazansa, turnirdə iştirak edə bilməyəcək.


Xəbər xətti