"Barselona"dan Luis Enrike açıqlaması - RƏSMİ

12:16 20 Fevral 2017

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu komandanın baş məşqçisi Luis Enrikeylə bağlı önəmli açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, 46 yaşlı mütəxəssislə yolları ayırmağı düşünmədiklərini deyib:

 

"Enrike ilə əməkdaşlığa davam etmək istəyirik. Onunla müqavilənin müddətini uzatmaq üçün apreldə görüşəcəyik. Hal-hazırda başqa planımız yoxdur".

 

Qeyd edək ki, "Barsa"nın L.Enrike ilə müqaviləsi bu ilin iyununda başa çatır. Kataloniya klubunun onunla yolları ayırmaq istədiyi iddia edilirdi.


Digər xəbərlər

Xəbər xətti