Premyer Liqasının 19-cu turunda "Kəpəz"lə ev oyununda zədə alan "Neftçi"nin kapitanı Ruslan Abışovun durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi tibbi müayindən keçən Abışovun əzələsində zədə aşkarlanıb. Ruslanın 1-2 həftə sonra komanda ilə məşqlərə başlaya biləcək.
Qeyd edək ki, Abışov "Kəpəz"lə matçda zədələndiyi üçün 17-ci dəqiqədə Cavid İmamverdiyevlə əvəzlənib.