Ruslan Abışov zədəsi ciddidir?

16:49 20 Fevral 2017

Premyer Liqasının 19-cu turunda "Kəpəz"lə ev oyununda zədə alan "Neftçi"nin kapitanı Ruslan Abışovun durumuna aydınlıq gəlib. 

 

Sportarena.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi tibbi müayindən keçən Abışovun əzələsində zədə aşkarlanıb. Ruslanın 1-2 həftə sonra komanda ilə məşqlərə başlaya biləcək.

 

Qeyd edək ki, Abışov "Kəpəz"lə matçda zədələndiyi üçün 17-ci dəqiqədə Cavid İmamverdiyevlə əvəzlənib.


Digər xəbərlər

Xəbər xətti