"Messi qalmaq istəyir" - Bartomeu- AÇIQLAMA

22:29 20 Fevral 2017

"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq barədə danışıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Xosep Mariya Bartomeu məlumat verib:

 

"Danışıqlar yaxşı gedir. Hər kəs rahat olsun. Messi qalmaq istəyir. Biz də onu komandada saxlamağı düşünürük".

 

Qeyd edək ki, L.Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.


Xəbər xətti