"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq barədə danışıqlarını davam etdirir.
Sportarena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Xosep Mariya Bartomeu məlumat verib:
"Danışıqlar yaxşı gedir. Hər kəs rahat olsun. Messi qalmaq istəyir. Biz də onu komandada saxlamağı düşünürük".
Qeyd edək ki, L.Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.