Milli komandanın baş məşqçisi açıqlandı - İslamiadada

12:21 23 Fevral 2017

Bu il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iştirak edəcək.

 
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Yaşar Vahabzadə olacaq.
 

Qeyd edək ki, Yaşar Vahabzadə 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisidir.
 

Əlavə edək ki, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 8 yığma komanda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti