"Real" müdafiəçisini itirdi

16:13 23 Fevral 2017

“Real”ın müdafiəçisi Rafael Varan sıradan çıxıb.

 

 

Sportarena.az xəbər verir ki, Fransa millisinin üzvü “Valensiya”ya qarşı La Liqanın XVI turundan təxirə salınmış görüşdə ayağından xəsarət alıb. Oyunun 73-cü dəqiqəsində zədələnərək yerini komanda yoldaşı Naçoya verən 23 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. İlkin tibbi müayinədən sonra onun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. 

 

Qeyd edək ki, “Valensiya”ya 1:2 hesablı məğlubiyyətə baxmayaraq, “Real” liderliyini qoruyub.


Digər xəbərlər

Xəbər xətti