Sumqayıtda bir itki

16:56 23 Fevral 2017

Son turda AZAL üzərində qələbə qazanan "Sumqayıt" "Zirə" ilə oyunun hazırlığını davam etdirir. 


Sportarena.az xəbər verir ki, komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Daha çox taktiki gedişlər üzərində qurulmuş məşq prosesinə iki tərəfli oyunla yekun vurulub.
 

Əsas heyət üzvlərindən olan Ayaz Mehdiyev zədə üçündən hazırlıq prosesində iştirak etməyib. Əvəzedicilərdən isə iki nəfər - Fərid Kərimzadə və Xaliq İbrahimov əsas komanda ilə hazırlığa qatılıb.

 

Qeyd edək ki, fevralın 27-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Sumqayıt" görüşünün start fiti saat 18:00-da səsləndiriləcək.


Digər xəbərlər

Xəbər xətti