Avropa Liqasında püşk atıldı - YENİLƏNİB

16:26 24 Fevral 2017

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Budəfəki püşkatmada səbətlər olmayıb. Bundan əlavə, eyni ölkə təmsilçiləri, həmçinin bir qrupda mübarizə aparmış komandalar bu mərhələdən etibarən qarşılaşmaq imkanəna sahib olub.

 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab qarşılaşmaları 16-da baş tutacaq.

 

 

Avropa Liqası, 1/8 final

“Selta” (İspaniya) - “Krasnodar” (Rusiya)
APOEL (Kipr) - “Anderlext” (Belçika)
“Şalke” (Almaniya) - “Borussiya” (Münhenqladbax, Almaniya)
“Lion” (Fransa) - “Roma” (İtaliya)
“Rostov” (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)
“Gent” (Belçika) - “Genk” (Belçika)
“Kopenhagen” (Danimarka) - “Ayaks” (Hollandiya)


Xəbər xətti