"Bursaspor"un avtobusuna hücum - Yaralananlar var - FOTOLAR

Sportarena.az      25 Fevral 2018, 11:31

Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubunun uğursuz çıxışı azarkeşlərin səbr kasasını doldurub.

 

Sportarena.az xəbər verir ki, Superliqanın 22-ci turunda səfərdə "Kasımpaşa"ya məğlubiyyət (4-0) azarkeşlərin böyük etirazına səbəb olub. Fanatlar oyundan sonra Bursaya qayıdan komandanın avtobusuna hücum ediblər. Hadisə Osmanqazi körpüsünün yaxınlığında baş verib. Avtobusun dayandığını görən bir qrup azarkeş əllərində olan bıçaq və dəyənəklərlə hücuma keçib. Onlar avtobusun içərisinə daxil olmağa və futbolçuların üzərinə hücum etməyə imkan tapıblar. Hücum nəticəsində bir neçə futbolçu ciddi xəsarətlər alıb. Ən ağır xəsarət alan isə qapıçı Harun Təkin olub. O,.xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, millimizin üzvü cəzalı Dəniz Yılmaz olduğu üçün matçda iştirak etməsə də, komandaya dəstək olmaq üçün səfərə aparılmışdı.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin