"Neftçi" AZAL-la bacarmadı, "Zirə" qalib gəldi

17:38 25 Fevral 2017

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 20-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. AZAL “Neftçi” ilə “sülh bağlayıb”. “Zirə” isə “Sumqayıt”ı darmadağın edib - 3:0.

 

Əvəzedicilər, 20-ci tur

25 fevral

AZAL - Neftçi 1:1
Qol: 
Elçin İsmayılov, 7 - Kənan Mirzəliyev, 38.

 

Zirə - Sumqayıt 3:0
Qol: 
İlkin Muradov, 21. Yamin Ağakərimzadə, 38. Muxtar Əliyev, 86.


Xəbər xətti