“Qarabağ”ın kapitanı Rəşad Sadıqov bu gündən komandasının ümumi məşqlərinə qoşulacaq.
Sportarena.az xəbər verir ki, bu haqda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rəşad həkimlərin nəzarəti altında çalışaraq, fiziki vəziyyətini yaxşılaşdırır.
Qeyd edək ki, Sadıqov Topaz Premyer Liqanın 15-ci turunun yanvarın 29-su “Neftçi”yə qarşı keçirilən oyununda zədə alıb və sonrakı 4 turun heç birində komandasına kömək edə bilməyib.