AAAF Holdinq kollektivi “Ana harayı” abidəsini ziyarət etdi - VİDEO

16:47 26 Fevral 2017

Fevralın 26-da “AAAF Holdinq”in kollektivi və Azərbaycan Ağır Atletika Federasiyasının məşqçi və idmançı heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib. Abidə önünə “AAAF Holdinq” və AAAF adından əklillər qoyulub. Daha sonra kollektiv üzvləri abidə önünə qərənfillər düzərək faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad ediblər.

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Azərbaycan xalqı bu hadisəni heç vaxt unutmayacaq və həmin gecənin qurbanlarını daim yad edəcəkdir.

AAAF Holdinq xalqımıza dərin hüznlə başsağlığı verir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir.

 

 


Digər xəbərlər

Xəbər xətti